Böyük Britaniya sularında ilk dəfə olaraq tropik dəniz ilbizi tapılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Spurilla neapolitana” adlanan bu növə, adətən, Atlantik okeanının qərb hissəsində, Karib və Aralıq dənizlərində rast gəlinir. Lakin ötən həftə Böyük Britaniyanın Kornuoll bölgəsinin cənub sahilində aşkar edilib.
Mütəxəssislərin fikrincə, bu hadisə dənizlərin isinməsinin canlıların həyatına təsir göstərdiyini sübut edən göstəricilərdən biri ola bilər.