Azərbaycanın U-15 millisi Monteneqro yığması ilə heç-heçə edib

16 Sentyabr 2025 18:02 (UTC+04:00)

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

SİA xəbər verir ki, yığma Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.