Tip 2 diabet üçün açıq-aşkar risk faktoru aşkar edilib...

16 Sentyabr 2025 22:43 (UTC+04:00)

...Siqaret çəkmək, alt tipindən asılı olmayaraq, tip 2 diabetin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır.

SİA xəbər verir ki, bu barədə İsveç, Norveç və Finlandiyadan olan tədqiqatçılar Avropa Diabetin Tədqiqi Assosiasiyasının (EASD) Vyanada keçirilən illik konfransında məlumat veriblər.

Alimlər 7000-dən çox insanın məlumatlarını təhlil edərək, siqaret çəkənlərin insulin müqavimətinin şiddətli diabetinə (SIRD) yoluxma ehtimalının iki dəfə çox olduğunu aşkar etdilər.

İnsulin çatışmazlığından piylənməyə və ya yaşa bağlı diabetə qədər digər alt tiplərin inkişaf riski də 20-57 faiz artıb. Genetik meyli olan insanlar xüsusilə həssas idi: onlar üçün siqaret və irsi amillərin birləşməsi xəstəliyin riskini üç dəfədən çox artırdı.

Müəlliflər vurğulayırlar ki, siqareti tərgitmək diabetin qarşısının alınması üçün əsas tədbir olmalıdır.

Əvvəllər tədqiqatçılar belə qənaətə gəlmişdilər ki, siqaret xoralı kolitdə iltihabı azaltmağa kömək edir, lakin Crohn xəstəliyində onu artırır.

Nazlı Almuradova