Yeni tədris ilində Naxçıvanda 562 tələbə peşə təhsilinə başlayıb

16 Sentyabr 2025 16:27 (UTC+04:00)

2025-2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub. Bu barədə SİA-nın bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14 yeni ixtisas yaradılıb.