Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dolları və ya 0,09% azalaraq 69,43 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,49 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb