Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

15 Sentyabr 2025 14:38 (UTC+04:00)

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçiriləcək “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər. Stolüstü Tennis Federasiyasından SİA-ya bildirilib ki, ölkəmizi yarışda Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli təmsil edəcəklər.

Sentyabrın 16-da startı veriləcək beynəlxalq turnirə ayın 20-də yekun vurulacaq.