AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

15 Sentyabr 2025 14:21 (UTC+04:00)

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. SİA xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I turu çərçivəsində sentyabrın 17-də keçiriləcək “Slaviya” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.