Türkiyə MN: Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik

15 Sentyabr 2025 10:58 (UTC+04:00)

Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”də paylaşım edib.

Türkiyə MN Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Paylaşımda Nuru Paşa və Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qaziləri rəhmətlə yad olunub.

“Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik”, - qeyd olunub.