Türkiyə səfirliyi Azərbaycanı təbrik edib

15 Sentyabr 2025 10:53 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə təbrik edib.SİA xəbər verir ki, bu barədə səfirliyin “X” səhifəsində paylaşım edilib.

“Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümündə Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərini, başda Nuri Paşa olmaqla, bütün şəhidlərimizi rəhmətlə yad edirik”, - qeyd edilib.