Çarli Kirkin abidəsini təhqir etdi, saxlanıldı

15 Sentyabr 2025 02:46 (UTC+04:00)

Yuta ştatında güllələnərək öldürülən sağçı fəal Çarli Kirkə məxsus müvəqqəti abidəni dağıtmağa cəhd edən 19 yaşlı Rayder Korral həbs edilib. SİA xəbər verir ki, Arizona ştatının Feniks Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılan şəxs Kirkin təsis etdiyi "Turning Point" təşkilatının qərargahının yaxınlığında yerləşən memorialı dağıtmağa cəhd edib. O, hadisə yerinin yaxınlığındakı şəxslər tərəfindən tutulub və hüquq-mühafizə orqanlarına təhvil verilib.