Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb

14 Sentyabr 2025 11:08 (UTC+04:00)

Milli Kitabxanada görkəmli tərcüməçi, dilçi-alim İsmixan Rəhimovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə alimin müəllifi olduğu dərsliklər, dərs vəsaitləri, lüğətlər, elmi məqalələri, həyatı və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.