Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib

14 Sentyabr 2025 11:05 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.