Xınalığa qar yağır

14 Sentyabr 2025 11:04 (UTC+04:00)

Sentyabrın 14-ü səhər saatlarından başlayaraq Quba rayonunun ucqar dağ kəndlərinə qar yağır. SİA xəbər verir ki, Quba rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Xınalıqda qarın qalınlığı 1 santimetrdir.

Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda qar yağmaqda davam edir.