Ceyhun Bayramov Qətərdə Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

14 Sentyabr 2025 09:09 (UTC+04:00)

Bu gün Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. SİA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.