Beyləqanda yol qəzasında bir nəfər həlak olub

14 Sentyabr 2025 05:53 (UTC+04:00)

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, BMW markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.