"Sumqayıt" uduzub, "Turan Tovuz" qələbə qazanıb

13 Sentyabr 2025 20:58 (UTC+04:00)

Misli Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.

SİA xəbər verir ki, əvvəlcə meydana "İmişli" və "Sumqayıt" komandaları çıxıblar. Quba Olimpiya İdman Kompleksinin stadionunda reallaşan görüş nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lakin bu qarşılaşmada İmişli təmsilçisi adı protokolda olmayan oyunçunu meydana buraxdığı üçün texniki məğlubiyyət alacaq.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Azərsun Arena"da "Qəbələ"ni sınağa çəkib. Bu oyunun da taleyini 1 qol həll edib. Tovuz təmsilçisi rəqibi üzərində minimal hesablı qələbə qazanıb.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib. "Qarabağ" - "Zirə" (1:1) görüşü isə heç-heçə ilə yekunlaşıb. Tura sentyabrın 13-də keçiriləcək 2 oyunla yekun vurulacaq.