Rusiyanın Başqırdıstan Respublikasında Novo-Ufimski Neft Emalı Zavodu pilotsuz təyyarənin hücumundan sonra yanıb.
SİA-nın məlumatına görə, sosial şəbəkələrdə yanğının və hücumun özünü əks etdirən videolar yayılıb.
Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk bir neçə belə video yayımlayıb və qeyd edib ki, Novo-Ufimski Neft Emalı Zavodu Ukraynadan 1300 km məsafədə yerləşir. Videolardan birində pilotsuz təyyarələrdən birinin zavod binasına çırpılaraq partladığı görünür.
Əli Babayev