...Artıq məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında 193 dövlətdən 46-sı Rusiyanın Polşa hava məkanına pilotsuz təyyarələrin nüfuz etməsində iştirakı ilə bağlı bəyanat imzalayıb.
İmzalayanlar arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Ukrayna və Macarıstan var.
Ölkələr Rusiyanın hərəkətlərinin Polşanın hava məkanını pozduğu və münaqişənin genişlənməsinə töhfə verdiyi barədə fikir bildiriblər.
SİA-nın məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ittihamları rədd edərək, Moskvanın Varşava ilə gərginliyin artmasında maraqlı olmadığını qeyd edib.
Rusiya tərəfi vəziyyətin aydınlaşdırılması üçün Polşa hakimiyyəti ilə məsləhətləşmələrin aparılmasını təklif edib. Hadisə sentyabrın 10-na keçən gecə 19 pilotsuz təyyarənin Polşanın hava məkanına daxil olması zamanı baş verib.
Heç kim xəsarət almayıb, lakin bir neçə yaşayış binasına ziyan dəyib.
Polşa rəsmiləri pilotsuz təyyarələrin Rusiyaya məxsus olduğunu iddia edərkən, Rusiya Müdafiə Nazirliyi isə ölkə ordusunun Polşa ərazisindəki hədəflərə zərbələr endirməyi planlaşdırmadığını bəyan edib.
Əli Babayev