Gəncədə üzgüçülük turniri start götürüb

13 Sentyabr 2025 16:48 (UTC+04:00)

III MDB Oyunları ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turnirinin açılış mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, eyni zamanda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə keçirilən və iki gün davam edəcək yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

Turnirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra yarış iştirakçıları zala daxil olublar.

Çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev tədbirin əhəmiyyətindən bəhs edərək, iştirakçılara uğurlar arzu edib.

Daha sonra turnirə start verilib.