“Vüsal 300” ləqəbli iş adamına qanunsuz lizinq ittihamı irəli sürülüb

13 Sentyabr 2025 12:25 (UTC+04:00)

“Vüsal 300” kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində cinayət işi açılıb. SİA xəbər verir ki, iş adamı bir neçə nəfərlə birlikdə qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Məlumata görə, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobil və digər əmlakları girov qoyaraq qanuna zidd faiz dərəcələri ilə lizinqə çıxarmaqda təqsirləndirilir.

Faktla bağlı Xətai rayon Prokurorluğu Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə aid ofislər və avtomobil qarajı məhkəmə tərəfindən həbs edilərək Xətai rayon Prokurorluğu tərəfindən möhürlənib.

Qeyd edək ki, “Vüsal 300” Bakıda bahalı avtomobillərin “Arendator”u kimi tanınır və bir çox məşhur müğənnilərin avtomobilləri ona məxsusdur.