Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlıları “Sonsuz Qardaşlıq - IV” çoxmillətli birgə təlimində iştirak edir. SİA xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən verilib.
Bildirilib ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə əməliyyat təcrübəsinin artırılması, qarşılıqlı fəaliyyətlərin koordinasiyasının təkmilləşdirilməsi və zərurət yarandıqda birgə əməliyyatları həyata keçirmək bacarıqlarının inkişaf etdirilməsidir.
Birgə təlim çərçivəsində atəş, paraşüt, snayper və yaşayış məntəqələrinin düşməndən təmizlənməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir.
Təlim iştirakçıları qarşıya qoyulmuş tapşırıqları icra edərkən yüksək peşəkarlıq nümayiş etdirirlər.