Rusiyadan Pasxa hədiyyəsi alan Almaniya vətəndaşı araşdırılır...

13 Sentyabr 2025 22:05 (UTC+04:00)

Rusiyadakı dostundan alman fermerə göndərilən bağlamanın içində sanksiyaya məruz qalan mallar olduğu üçün saxlanılıb. SİA-nın məlumatına görə, hakimiyyət yerli fermerdən Rusiyadan aldığı sabun, taxta heykəlcik və CD-nin hesabını tələb edib.

Almaniya prokurorluğu Rusiyadan Pasxa bayramı üçün bağlama alan, içərisində sabun, taxta heykəlcik və CD olan Meklenburq-Ön Pommern federal əyalətinin sakini ilə bağlı araşdırmalara başlayıb.

O, Avropa İttifaqının Rusiyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinir.

Xəbər verildiyi kimi, bağlamanın içindəkilərin dəyəri 2500 rubl və ya 27 avrodan çox deyil.

Hədiyyəni ona kənd təsərrüfatı yarmarkalarından birində dostlaşdıqları Sibirdən tanışı göndərib.

Əvvəlcə bağlama gömrükdə saxlanılıb və yoxlamadan sonra onun içindəki bütün əşyaların Avropa İttifaqının sanksiya siyahısında olduğu məlum olub. İndi alman fermer prokurorluğa yazılı şəkildə izahat verməli olacaq.

Nazlı Almuradova