Qızılağac Milli Parkının ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

13 Sentyabr 2025 12:06 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb. SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.