İspaniyada ən yaxşı tapas yeməkləri ilə məşhur olan kiçik bir şəhər var...

13 Sentyabr 2025 21:36 (UTC+04:00)

...İspaniyada tətil dedikdə ağla gələn ilk şəhərlər Barselona, ​​Madrid, Sevilya və ya Valensiya olur. Bu ölkə Avropanın ən məşhur istirahət yerlərindən biridir, ona görə də siz nəinki tipik günəşli şəhərləri ziyarət etmək istəyə bilərsiniz.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mirror yazır.

Mütəxəssislərin fikrincə, İspaniyada bilməyə dəyər bir şəhər var, o da Loqronodur.

Time Out (Bu, mərkəzi ofisi Londonda yerləşən beynəlxalq şirkətdir-A.B.) onu ölkənin ən aşağı qiymətli şəhəri və qitədə ən yaxşı tapas (İspaniyada məşhur qəlyanaltı - red.) dadmaq üçün məşhur yer kimi tanıdı.

Qeyd olunur ki, bu şəhər Basklar ölkəsindəki San-Sebastianın cənubunda (İspaniyada, Biskay körfəzi sahilində yerləşən muxtar icma - red.) yerləşən məşhur şərab bölgəsi La Riojanın paytaxtıdır.

...Burada ediləcək ən məşhur işlərdən biri Loqrononın mənzərəli küçələri boyunca yerləşən bir çox restoranın təklif etdiyi kulinariya şah əsərlərindən həzz almaqdır.

Mirror əlavə edir.

Turistləri həm də şəhərin ənənəvi memarlığı, daha dəqiq desək, onun füsunkarlığına əlavə edən qədim darvazaları və inanılmaz kafedral heyran qalır.

Bundan əlavə, köhnə şəhərdə Plaza del Mercado yemək və içkidən həzz almaq üçün ən yaxşı yerlərdən biri hesab olunur. ...Tarix həvəskarları bir vaxtlar divarlarla əhatə olunmuş şəhər olan Muralla del Revellini sevəcəklər, burada orta əsr divarlarının qalıqlarını və şəhərin girişi kimi xidmət edən qədim tağı görə bilərlər, - deyə ekspress əlavə edir.

Məlumdur ki, La Rioja parlamenti və hökuməti də köhnə şəhərdə yerləşir, ona görə də memarlıq abidələri ilə maraqlanırsınızsa, 15-ci əsrdə tikilmiş San Bartolome və Calle Portales kilsəsini ziyarət etməyi unutmayın.

...La Rioja 2022-ci ildə 748 345 turistin ziyarət etdiyi ən populyar şərab turizmi məkanlarından biri olaraq qalır ki, bu da 2021-ci illə müqayisədə 62 faiz artım deməkdir. Turizmin yerli iqtisadiyyata hər il 155 milyon avro qazandıracağı təxmin edilir.

Bunu da Mirror vurğulayır.

Nazlı Almuradova