"Sumqayıt" ABŞ-lı basketbolçunu transfer edib

13 Sentyabr 2025 11:03 (UTC+04:00)

"Sumqayıt" basketbol komandası ABŞ vətəndaşı Tayris Devisi heyətinə qatıb. SİA xəbər verir ki, klub 27 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd olunur ki, Tayris Devis ötən il Avstraliyada "Willeton Tigers" komandasında çıxış edib.