Ceyms Bondun Londondakı malikanəsi satışa çıxarılıb...

13 Sentyabr 2025 21:45 (UTC+04:00)

...Britaniya yazıçısı Yan Fleminqin kitablar seriyasından məşhur casus Ceyms Bondun qondarma iqamətgahı olduğu güman edilən malikanə Londonda satışa çıxarılıb.

SİA-nın məlumatına görə, Mansion Global xəbər verir ki, lotun qiyməti 6,45 milyon funt sterlinq təşkil edir.

Köhnə malikanə Londonun qərbindəki Çelsi bölgəsindəki Vellinqton meydanında yerləşir, Bond romanlarına görə, gizli agent burada bir mənzil kirayə verir.

Ev II dərəcəli siyahıya alınmış bina kimi tanınır, bu da onun xüsusi memarlıq və tarixi dəyərə malik olması deməkdir, - deyə məlumatda bildirilir.

Beşmərtəbəli malikanənin ümumi sahəsi 241,5 kvadratmetrdir. Evdə beş yataq otağı və altı vanna otağı, bir neçə qonaq otağı, yemək otağı və damda açıq terras var. Malikanənin monoxrom fasadı ağ suvaqlı divarları və qara dəmir elementləri var.

Böyük antik pəncərələr bağ və fəvvarə mənzərələrini təqdim edir.

Nazlı Almuradova