...ABŞ sanksiyalarla Rusiyaya güclü zərbə vura bilər. Hədəf Rusiya nefti və bankları olacaq.
SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna ABŞ prezidenti Donald Trampın bəyanatına istinadən xəbər verir.
Trampdan Rusiya diktatoru Putinlə səbrinin tükənib-tükənmədiyini soruşublar.
...Bəli, tükənir və çox tezdir, lakin tanqoya iki lazımdır. Bu təəccüblüdür. Putin bunu etmək istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə Putin istəmədi.
Tramp belə hesab edir.
Onun fikrincə, Zelenski indi sülh istəyir və Putin sual altındadır.
Və buna görə də ABŞ çox sərt davranmalı olacaq.
…Yaxşı, bu, banklara qarşı sanksiyalar, eləcə də neft və tariflərlə bağlı tədbirlər şəklində güclü zərbə olacaq. Amma mən bunu artıq etmişəm. Mən çox şey etmişəm…
Tramp "Putini necə sıxmaq" sualını şərh edərkən qeyd edib. Prezident xatırladıb ki, o, “Rusiyanın ən böyük müştərisi” olan Hindistana 50 faiz rüsum tətbiq edib.
Bu, Dehli ilə fikir ayrılığına səbəb olan "çətin qərar" idi.
Əli Babayev