12 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Damar cərrahiyyəsinə ümumi baxış” mövzusunda elmi-praktik seminar baş tutub. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov geniş təqdimatla çıxış edərək rezidentlərə aşağıdakı mövzular barədə ətraflı məlumat verib: aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, fleboloji əməliyyatlar (klassik flebektomiya, endovenoz ablasiya – radiofrekans və lazer üsulları, miniflebektomiya), damar zədələnmələri zamanı anatomik strukturların bərpası və digər vacib müdaxilələr.
Seminarın sonunda rezidentlərin çoxsaylı sualları cavablandırılıb, elmi müzakirələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.