Sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu barədə SİA-ya “Bakı Metropoliteni” QS-dən bildirilib.
Məlumata görə, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.
Qeyd edilib ki, cari ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.
Yeni qrafikə əsasən “28 May–Əhmədli” sahəsində:
QSC-dən əlavə edilib ki, müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.