Nazirlik: 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

12 Sentyabr 2025 10:48 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 6,7 kiloqramdan artıq narkotik vasitə, 256 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.