Nazirlik Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı açıqlama yayıb

12 Sentyabr 2025 10:42 (UTC+04:00)

Son günlər tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur. Maliyyə Nazirliyindən SİA-ya bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə aparılır, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.

"Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur", - deyə nazirliyin yaydığı məlumatda bildirilir.