İsrail zərbələri nəticəsində ölənlərin sayı 46-ya çatdı
12 Sentyabr 2025 07:30 (UTC+04:00)
Ötən gün İsrail Hərbi Hava Qüvvələrinin Yəmənə zərbələr endirməsi nəticəsində ölənlərin sayı 46-ya, yaralıların sayı isə 165-ə çatıb. SİA xəbər verir ki, bu barədə Yəmən Səhiyyə Nazirliyinin məlumatında deyilir.