İkinci dəfə ÇL-in finalına ev sahibliyi edəcək

12 Sentyabr 2025 01:47 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” komandasının stadionu “Metropolitano”da keçiriləcək. SİA xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Metropolitano” stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib. Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.