Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək

11 Sentyabr 2025 18:41 (UTC+04:00)

Qətərin paytaxtı Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti təşkil ediləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Qətərdə sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclası olacaq. Sentyabrın 14-ü və 15-də isə sammit keçiriləcək. Tədbirin əsas mövzusu İsrailin Qətərə raket hücumunun müzakirəsidir.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Qətərdə HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün məskunlaşdığı mənzilləri hədəfə alıb. Hücum nəticəsində qruplaşmanın 5 üzvü və Qətərin təhlükəsizlik idarəsinin əməkdaşı həlak olub.