İsveçin müdafiə naziri Poul Conson ölkəsinin Ukraynaya hərbi dəstək üçün daha 70 milyard kron (təxminən 7,47 milyard dollar) ayıracağını bildirib.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, o, bu barədə cümə axşamı, sentyabrın 11-də bildirib.
Conson növbəti iki il ərzində Ukraynaya hərbi dəstək üçün təxminən 7,47 milyard dollar ayrılacağını açıqlayıb.
Onun sözlərinə görə, vəsaitin böyük hissəsi İsveç Müdafiə Materialları Agentliyi tərəfindən əlavə "Archer" artilleriya sistemləri kimi satınalmalara ayrılacaq.
O, ölkəsinin lazım gələrsə, Polşaya əlavə dəstək verməyə hazır olduğunu da vurğulayıb.
...Biz dərhal Polşanın müdafiə naziri ilə əlaqə saxladıq və bildirdik ki, əgər Polşa bununla maraqlanarsa, resursları təqdim etməyə hazırıq.
Bunu Conson bildirib.
O qeyd edib ki, istənilən bu cür dəstək NATO çərçivəsində əlaqələndiriləcək. “Biz Polşa ilə tam həmrəyik”, o əlavə edib.
Əli Babayev