Marko Roys futbol klubu prezidenti oldu

11 Sentyabr 2025 16:33 (UTC+04:00)

"Borussiya"nın (Dortmund) sabiq futbolçusu Marko Roys klub prezidenti olub. SİA-nın verdiyi məlumata görə, bu haqda Almaniya mətbuatı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi Almaniyanın Baller Media Liqasında mübarizə aparan "Leqasi Ballers" klubunun prezidenti olub. Beləliklə, Roys Kristof Kramer, Maks Kruz və Kevin-Prins Boatenq kimi ulduzlara qoşularaq liqanın ən yüksək profilli prezidentlərindən birinə çevrilib.

Qeyd edək ki, Baller Liqası Avropanın ən məşhur futbol media layihələrindən biridir.