Polşa NATO müttəfiqlərindən daha çox “Patriot” tələb edir...

11 Sentyabr 2025 20:45 (UTC+04:00)

...Rusiya pilotsuz təyyarələrinin ölkənin hava məkanına soxulmasından sonra Polşa hakimiyyəti NATO müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri və anti-dron texnologiyası tələb edib.

SİA xəbər verir ki, bu barədə məlumatlı mənbələr Bloomberg-ə bildiriblər.

Onların sözlərinə görə, məsələ Varşavanın Şimali Atlantika Alyansı Xartiyasının 4-cü maddəsinə əsasən başlatdığı məsləhətləşmələr zamanı müzakirə olunub.

...Çexiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Baltikyanı ölkələr - bütün müttəfiqlər dəstək verməyə hazırdırlar və konkret bəyanatlar veriblər.

Bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış danışıqlardan sonra bildirib.

O qeyd edib ki, o, "isveçli həmkarı Pol Consondan Polşaya təcili olaraq əlavə dəstək, o cümlədən hava hücumundan müdafiə sistemləri və aviasiya göndərilməsi barədə məlumat" alıb.

Bundan başqa, onun sözlərinə görə, Hollandiya Polşaya “Patriot” sistemləri, dron əleyhinə sistemlər və 300 hərbçi verəcək.

Dron hücumunu “təhlükəli, ehtiyatsız və görünməmiş” adlandıran Britaniyanın müdafiə naziri Con Healey, hökumətinin Polşaya necə kömək edə biləcəyini qiymətləndirdiyini söylədi.

Bloomberg mənbələrinə görə, bir variant, NATO-nun hava polisi missiyasının bir hissəsi olaraq bir neçə həftə ərzində Polşaya yerləşdirilən altı “Tayfun” qırıcısını ölkəyə qaytarmaq ola bilər.

...Rusiyanın Varşavadakı səfirliyi bildirib ki, Polşa Rusiya pilotsuz təyyarələrinin ölkəyə hücumu ilə bağlı sübut təqdim etməyib. Rusiya Müdafiə Nazirliyi Polşadakı hədəflərə zərbələrin planlaşdırılmadığını vurğulayıb və polşalı həmkarları ilə məsləhətləşmələr aparmağı təklif edib.

ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Karol Navroçki ilə insidenti müzakirə edib. Bundan sonra Polşa prezidenti bildirib ki, söhbət NATO-nun IV maddəsi çərçivəsində bir sıra məsləhətləşmələr çərçivəsində baş tutub. ...Bugünkü danışıqlar Alyansın birliyini təsdiqlədi.

Bunu Navrocki vurğulayıb.

Əli Babayev