Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanları müzakirə ediləcək. SİA xəbər verir ki, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin Payız sessiyası üçün İş Planında əksini tapıb.
Eyni zamanda komitədə sessiya müddətində “Dini abidələrin durumu” və “İctimai birliklərin mövcud durumu” ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur.