Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin təşkilati dəstəyi ilə Ballıca kənd tam orta məktəbinin akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət-ənənələlər" adlı layihənin növbəti tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Xankəndi şəhər Xüsusi Nümayəndiliyinin əməkdaşları, Ballıca kənd sakinləri, Xankəndi şəhərində bərpa-quruculuq işlərində çalışanlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Məskunlaşma Şöbəsinin baş məsləhətçisi Xəyal Muradov açılış nitqi edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra QMHİB-yi və sədrini tədbir iştirakçılarına təqdim edərək mövzu ilə bağlı ətraflı çıxış edib. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildirib. Həsən Qarayev tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd edib.
Layihə rəhbəri unudulmaqda olan adət-ənənələrdən, tariximizə sahib çıxmamızdan, düşmən üzərində ləyaqətli qələbə qazanmaq ənənəsindən danışıb. Layihə rəhbəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinə bu cür layihələri dəstəklədiyi üçün xüsusi təşəkkürünü bildirib. Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Xocalı Şöbəsinin baş məsləhətçisi Vüsal Həsənov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlər ilə bağlı gənclər arasında təbligat işinin aparılmasının vacibliyi barədə çıxış edib.
Şəhid anası Afinə Hümbətova erməni vəhşiliyindən, bizim gənclərin mərdliyindən, torpağa olan bağlılıqdan, Vətənə olan sevgidən, qazi və şəhid ailələrinə olan hörmətdən danışıb. Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, ata-baba ocağının doğmalılığından, Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildiriblər.
Mövzu ilə bağlı çıxış edənlər, Ballıca kənd ziyalısı İlham Quliyev, İDEA YAP AŞ-nin əməkdaşı Çingiz Məmmədov, Xankəndi şəhərində Bərpa- Qurculuq işlərində çalışan Kamal Məmmədov, Ballıca kənd tam orta nəktəbinin müəllimi Vüsalə Hümbətova, ziyalı Şahsuvar Hümbətov, müharibə veteranı Ismayıl Nəcəfov və digərləri belə bir layihənin olmasını çoxdan arzuladıqlarını bildirərək İB-in sədrinə adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin təbliğindəki roluna görə təşəkkür ediblər.
Tədbirdə iştirak edənlər bu cür layihələrin müasir dövrdə çox vacib olduğunu, orta ümumtəhsil məktəblərində, gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulayıblar.
Sonda İB-nin sədri, H.Qarayev tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.