Ali təhsil müəssisələrində imtahan suallarının qapalı və açıq formada verilməsi məsələsinə münasibət bildirilib. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev danışıb.
Onun sözlərinə görə, bəzi universitetlərdə suallar kompüter vasitəsilə və qapalı formatda verilsə də, bəzilərində açıq şəkildə tələbələr öz fikirlərini ifadə edə bilirlər: “Mən qapalı testlərin tərəfdarı deyiləm. Bu hallar əsasən şəffaflığı təmin etmək və korrupsiyanın qarşısını almaq məqsədilə tətbiq olunur. Amma inkişaf etmək üçün açıq tipli sualların olması daha doğrudur. Mövqeyim budur ki, imtahan müxtəlif formada ola bilər, qapalı testlərdə də tətbiq oluna bilər, amma akademik cəhətdən bu səhvdir”.