Bakının bütün məktəblərində fəaliyyət rəqəmsallaşdırılır, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, Bakı şəhərində 353 məktəbdə bu layihə tətbiq edilir. Həmin məktəblər 500 mindən çox şagirdi əhatə edir.