“Formula 1” günlərində bəzi məktəblərdə dərslər onlayn ola bilər
11 Sentyabr 2025 12:11 (UTC+04:00)
“Formula 1” Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn ola bilər. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib.