"Məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır” - Nazir

11 Sentyabr 2025 11:57 (UTC+04:00)

Müəllimlərin işə qəbulu imtahanında ödənişli iştirakla bağlı məsələyə aydınlıq gətirilib. SİA xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ödəniş bütün namizədlərə şamil olunmayacaq: "Bəzi namizədlər qeydiyyatdan keçsə də imtahana qatılmır. Bu hal az sayda olduqda problem yaratmır, amma 12 min nəfər imtahana gəlmədikdə artıq ciddi çətinliklər yaranır. Biz bilirik ki, imtahanın təşkili asan məsələ deyil. İlk dəfə imtahana girənlər və şəhid ailələri üçün iştirak pulsuz olacaq. Məqsəd pul toplamaq deyil, məsuliyyət yaratmaqdır”.