Qarabağda daha 6 məktəbəqədər təhsil müəssisəsinin açılışı planlaşdırılır. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, İşğaldan azad edilmiş ərazilərdə hazırda 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyətimiz var.