İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir - Nazir

11 Sentyabr 2025 11:15 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq cəlb edilib. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyətimiz var. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib.