Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək

11 Sentyabr 2025 11:13 (UTC+04:00)

Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və tarix dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında sədr Anar İsgəndərov deyib.

Komitə sədri bildirib ki, dinləmə elm və təhsil naziri Emin Əmrullayevin işitrakı ilə təşkil olunacaq.