Nazir: Son 4 ildə lisey və gimnaziyalara qəbul iki dəfə artıb

11 Sentyabr 2025 11:08 (UTC+04:00)

Son 4 ildə lisey və gimnaziyalara qəbul iki dəfəyə qədər artıb. SİA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə bildirib.

Emin Əmrullayev qeyd edib ki, 2022-2023-cü tədris ili üzrə qəbul sayı 2638 şagird olubsa, 2025-2026-cı tədris ili üçün bu say 4784 olub.