Babək rayonunda qəza olub, 3 nəfər xəsarət alıb

11 Sentyabr 2025 10:25 (UTC+04:00)

Babək rayonunda qəza olub, 3 nəfər xəsarət alıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib. Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Hadisə zamanı 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıblar. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.