İspaniya klubu "Tottenhem"in futbolçusunu transfer etmək istəyir

11 Sentyabr 2025 06:29 (UTC+04:00)

İspaniyanın "Atletiko" klubu "Tottenhem"in (İngiltərə) yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer etmək istəyir. SİA xəbər verir ki, La Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçini azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır. Uruqvay millisinin üzvünün klubu ilə olan müqaviləsinin müddəti isə gələn ilin yayında başa çatacaq. 2022-ci ildən "Tottenhem"də çıxış edən Rodriqo Bentankur 117 matçda meydana çıxıb.