I Liqa klubu 6 transferi açıqladı

11 Sentyabr 2025 06:24 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, I Liqada mübarizə aparan “Mingəçevir” köklü dəyişikliklərə gedib. Klub adını “ASTA Mingəçevir” olaraq yeniləyib. Həmçinin komandanın loqosu dəyişdirilib. SİA xəbər verir ki, “ASTA Mingəçevir” bu gün 6 transferi eyni anda açıqlayıb. Müdafiəçilər Kənan Quliyev və Rəhim Cəfərli, hücumçu Qurban Səfərov, yarımmüdafiəçilər Bakary Jaiteh, Nicat Məmmədov və Seymur Məmmədovu komanda ilə müqavilə bağlayıblar.